Qala bilməz bu ürək bir an belə ayrı, sənsiz yollarda azaram,
Qorxmuram ölməkdən qorxuram həsrətdən, bu sevgidən dastan yazaram.
Ən şirin misralarımda sən varsan, misranın mənalarında sən varsan,
Mənə aid dünyalarımda sən varsan sən varsan-sən varsan!
Hər gecə röyalarımda sən varsan, qəm dolu dəryalarımda sən varsan,
Göz yaşım damlalarımda sən varsan, sən varsan-sən varsan!
Nəqarət:
Sən ya mənimsən ya heç kiminsən, məndən başqasına haramsan sən,
Məni başa düşmürsən, ürəyin daşdandır, gör nə qədər zalım adamsan sən!
Sən ya mənimsən ya heç kiminsən, məndən başqasına haramsan sən,
Məni başa düşmürsən, ürəyin daşdandır, gör necə insafsız adamsan sən!
Seçə bilməzdi gözüm səndən başqasını, mən səni öz qəlbimə həkk etdim,
Səni sevdim ancaq, səni sevdim-sevdim, başqa məhəbbətlərə şəkk etdim.
Sən təmiz bir məhəbbətdə ruhumsan, cənnətimsən o cənnətdə ruhumsan.
Mənim həyatım təbiətdə ruhumsan, ruhumsan- ruhumsan!
Sən mənim yar həqiqətdə ruhumsan, sən qaranlıqda zülmətdə ruhumsan.
Ruhumun-ruhu, əlbətdə rumhumsan, ruhumsan-ruhumsan!
Elnur Valeh - İnsafsız Şarkı Sözüne henüz yorum yapılmamış. Elnur Valeh - İnsafsız şarkı sözüne ilk yorumu siz yaparak katkıda bulunabilirsiniz.;