Keçmişim ayağıma dolaşıb
Mən uçuram bu yüklə birgə səmaya
İçmişəm həyatla dolu bir qədəh ki
Dünya bənzəsin bir saraya
Buludlar yatağım, ulduzlar qonağım
Gedirəm kainatla yuxuya
Ancaq ruhumun əkizləri duyar
Nəqarəti mənlə birgə oxuyar
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm
Mən xəyyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm
Mən durnalarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Özümü tərk edib, özümü dərk edirəm!
Vərdişim inadımla dalaşır
Mən qaçıram suallarımdan uzağa
Gəlmişəm savabla dolu bir sabah
Günahım bir gecəylə yüz ola
Günəşim yaradar kölgəmi
Buludlar ona can verər və qoruyar
Yenə ruhumun əkizləri duyar
Nəqarəti mənlə bir də oxuyar
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm
Mən xəyyallarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Ağ təyyarə, mən uçmuşam
Enə bilmirəm, enə bilmirəm
Mən durnalarla köçmüşəm
Dönə bilmirəm, dönə bilmirəm
Özümü tərk edib, özümü dərk edirəm!
Sən sağ qanad, mən sol qanad
Hava limanımız uçuş yarat
Kolay, kolay, kolay səyahət
Miri Yusif - Ağ Təyyarə Şarkı Sözüne henüz yorum yapılmamış. Miri Yusif - Ağ Təyyarə şarkı sözüne ilk yorumu siz yaparak katkıda bulunabilirsiniz.;